...

Azərbaycanın Səhiyyə Nazirliyi idarəetmə ştatını genişləndirib

Cəmiyyət Materials 30 Noyabr 2005 16:25 (UTC +04:00)

Azərbaycanın Səhiyyə Nazirliyi sağlamlaşdırma məsələləri üzrə nazirin 3-cü müavini ştatını yaratmaqla öz ştatını genişləndirib. Nazirlikdən Trend ə verilən məlumata görə, bu vəzifəyə əvvəllər Əziz Əliyev adına Həkimləri Tkmilləşdirmə İnstututunun birinci prorektoru vəzifəsində çalışan Sənan Kərimov təyin edilib.

Beləliklə, bu gün Nazirliyin idarəetmə strukturu belədir: nazir - Oktay Şirəliyev, sanitariya üzrə nazir müavini Abbas Vəlibəyov, əczaçılıq və tibbi avadanlıq üzrə nazir müavini Elsevər Ağayev və sağlamlaşdırma məsələləri üzrə nazir müavini Sənan Kərimov.

Xəbər lenti

Xəbər lenti