...

Azərbaycan şahmatçıları dünya Kubokunda çıxışlarını davam etdirir

Cəmiyyət Materials 30 Noyabr 2005 20:08 (UTC +04:00)

Şahmat üzrə Dünya Kubokunun ikinci turunun birinci partiyasında Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Qazaxıstan qrossmeysteri M. Kajqaleyev ilə görüşüb.Digər Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə rusiyalı E.Nayer ilə görüşdə çətin vəziyyətə düşüb.

Amma sonradan Şəhriyar çətin vəziyyətdən çıxa bilib və partiyanı heç-heçə nəticə ilə bitirib. Rəcəbov isə əksinə, 32-ci gedişdən sonra qələbəni Qazaxıstan şahmatçısına verməyə məcbur olub.

Sabah (1 dekabr) oyunun cavab partiyaları keçiriləcək. Məmmədyarov və Rəcəbov qara fiqurlarla heç də asan olmayan tapşırığı həll etməlidir.

Xəbər lenti

Xəbər lenti