...

Yelena Parxomenko: "Biz öz qüvvəmizə inanırdıq"

Cəmiyyət Materials 1 Dekabr 2005 11:03 (UTC +04:00)

"Biz "Tenerife" komandasına qalib gələrək çempionlar Liqasının dörddə bir finalına çıxmağa nail olduq". Bu barədə Trend ə "AzərReyl"in voleybolçusu Yelena Parxomenko nüfuzlu Avropa kubokunun dördüncü turu çərçivəsində ispanlarla qələbədən sonra bildirib.

Oyunçu qeyd edib ki, meydan sahibləri qələbəni asanlıqla təslim etməyib. Üçüncü qarşılaşmada məğlubiyyət qarşısında qalma təhlükəsi vardı. "Amma biz özümüzü topladıq və görüşün gedişinin öz xeyrimizə dəyişdik. Rəqibin fasilədən sonra yorulmasına baxmayaraq sonadək mübarizə apardılar" -deyə Y.Parxomenko qeyd edib.

Həmçinin voleybolçu hesab edir ki, "AzərReyl" hazırkı oyunlarda qələbəni əldə edə bilib. Bunu komandanın üç ardıcıl qələbəsi aydın təsdiq edir. "Oyunçular öz qüvvəsinə inanıb, psixoloji gəhətdən özünü hazırlayıb ki, bu da gələcəkdə onlara kömək etməlidir" -deyə Y.Parxomenko vurğulayıb.

Xəbər lenti

Xəbər lenti