...

"Dəyərlər" vətəndaş ittifaqı təsis edilib

Cəmiyyət Materials 1 Dekabr 2005 15:54 (UTC +04:00)

Dekabrın 1-də "Cümə" məscidinin dini icmasının rəhbəri İlqar İbrahimoğlu "Dəyərlər" vətəndaş ittifaqının təsis edilməsi ilə bağlı mətbuat konfransı keçirib. Trend məlumat verir ki, yeni yaradılmış ittifaqa 33 dini təşkilat daxildir.

İlqar İbrahimoğlu bildirib ki, ittifaqın yaradılması insan hüquq və azadlıqlarının müqəddəs və yenilməz bir dəyər kimi qorunmasına zərurətdən irəli gəlib.

"Bu ittifaq Azərbaycan Respublikasının Konstitusiyasına, BMT-nin İnsna Haqları Ümumi Bənannaməsinə, BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Paktına, İnsan Haqları və Əsas Azadlıqlarının Qorunması haqqında Avropa Konvensiyasına, ələlxüsus da, ləyaqətli yaşamaq hüququnu təsbit edən müddəalarına əsaslanaraq yaradılıb", - deyə İ.İbrahimoğlu söyləyib.

Xəbər lenti

Xəbər lenti