...

"Xəzər İnsan Hüquqları Məktəbi" Pilot Təhsil Proqramı Layihəsinin son hesabat konfransı olub

Cəmiyyət Materials 1 Dekabr 2005 17:30 (UTC +04:00)

"Xəzər-Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı" İctimai Birliyi və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı "Xəzər İnsan Hüquqları Məktəbi" Pilot Təhsil Proqramı Layihəsinə dair son hesabatını verib. Trend xəbər veriri ki, dekabrın 1-də Beynəlxalq Mətbuat Mərkəzində hesabat konfransı keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin, Gənclər, İdman və Turizm Nazirliyinin, ATƏT-in, UNDP, Project Harmony, Norveç Qaçqınlar Şurası, Avropa Şurasının Azərbaycanda İnformasiya Ofisi, USAİD, Avrasiya Fondu, "SOROS" Fondu, Azərbaycanda akreditə olunmuş bir sıra səfirliklərin nümayəndələri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə həyata keçirilən Xəzər "İnsan hüquqları məktəbi" Pilot Təhsil Proqramı Layihəsi Azərbaycanın Xəzəryanı regionlarında orta məktəblərdə insan hüquqlarının tədris sisteminin inkişafına yardım vasitəsi ilə gənclərdə insan hüquqları haqqında sistemləşmiş təsəvvürin formalaşdırılmasına yönəldilib.

Layihə çərçivəsində regionlarda olan orta məktəblərdə insan hüquqlarının tədrisi üçün ixtisaslı kadrların hazırlanmasına yardım məqsədi ilə seminarlar keçirilib. Layihənin üçüncü mərhələsi çərçivəsində Lənkəran və Dəvəçi rayonlarının 7 orta məktəbində yuxarı sinif şagirdləri üçün "İnsan hüquqları" fənni tədris olunub. Bakı hesabat konfransında qarşıya çıxmış problemlər müzakirə olunub, bu tip layihələrin keçirilməsi və genişləndirilmə məqsədilə gələcək üçün tövsiyələr hazırlanmasına qərar verilib. Konfransda həmçinin, "Xəzər-Gələcək Naminə Tərəfdaşlıq" İctimai Birliyinin əməkdaşları tərəfindən hazırlanmış "İnsan hüquqları" kitabının təqdimatı olub.

Xəbər lenti

Xəbər lenti