...

AFFA Şahin Diniyevi Avro-2008-in püşkatma mərasiminə göndərəcək

Cəmiyyət Materials 2 Dekabr 2005 11:32 (UTC +04:00)

AFFA Azərbaycan yığmasının yeni baş məşqçisi Şahin Diniyevi yanvarın 27-də Montrada keçiriləcək Avropa-2008 çempionatının seçmə turnirinin püşkatma mərasiminə göndərəcək.

Assosiasiyanın baş katibi Fuad Əsədovun Trend ə bildirdiyi kimi, komandanın keçmiş məşqçisi Vaqif Sadıqovla əldə olunmuş razılığa baxmayaraq, İsveçrəyə məhz Ş.Diniyev gedəcək. "Vəziyyət dəyişib və artıq bizim yeni məşqçimiz var. Buna görə də biz mərasimdə iştirak etmək üçün Azərbaycanın nümayəndə heyətinin tərkibinə müvafiq düzəlişlər etmişik", - deyə o vurğulayıb. F.Əsədovun sözlərinə görə, səfər komandanın yeni məşqçisi üçün böyük əhəmiyyət kəsb edəcək və o, yığmanın yarımqrupdakı rəqibləri ilə şəxsən tanış ola biləcək.

Xatırladaq ki, püşkatma mərasiminin təşkilatçıları komandanın aşağı nəticələr göstərməsilə əlaqədar Azərbaycanı 7-ci səbətə daxil edib.

Xəbər lenti

Xəbər lenti