...

Superkubok matçı fasilə zamanı keçirilə bilər

Cəmiyyət Materials 2 Dekabr 2005 14:32 (UTC +04:00)

Azərbaycanın futbol üzrə Superkubokunun "Neftçi" və "Bakı" komandaları arasında matçı çempionatda qış fasiləsi zamanı keçirilə bilər.

AFFA-dan Trend ə verilən məlumata görə, klubların fəxri trofey uğrunda yarışı birinci və ikinci dairələr arasındakı fasilədə keçiriləcəyi istisna edilmir. B uzaman həm də komandalar birinciliyin birinci yarısında yalnız 3 oyun keçirməlk qalır ki, bundan sonra yarışın iştirakçıları mükafat uğrunda həlledici mübarizəyə başlayacaqlar. Doğrudur, yanvar ayında "Neftçi" Moskvada Birliyin Kubokunda iştirak edəcək. Lakin yarışların keçirilməsi üzrə Assosiasiyanın Departamenti kollektivlərin görüşməsi üçün növbəti tarixi təyin etməyə çalışır.

Xatırladaq ki, əvvəlcə Superkubok uğrunda matç artıq iki dəfədir ki, başqa vaxta keçirilir və onun keçirilməsinin yeni müddəti barədə heç nə məlum deyil.

Xəbər lenti

Xəbər lenti