...

Dünya bankının ictimai səhiyyə üzrə mütəxəssisin başçılıq etdiyi missiyasının Bakıya gəlişi gözlənilir

Cəmiyyət Materials 2 Dekabr 2005 15:02 (UTC +04:00)

AR səhiyyə sisteminin təkmilləşdirilməsinə dair yeni layihənin hazırlanması üçün dekabrın 5-dən Dünya bankının ictimai səhiyyə üzrə mütəxəssisi və layihənin rəhbəri Enis Barışın başçılıq etdiyi missiyasının Bakıya səfəri başlayır. Bu barədə Trend ə DB-nin Bakı nümayəndəliyində bildirilib.

Səfər dekabrın 9-dək davam edəcək və bu çərçivədə Azərbaycanın səhiyyə sahəsində siyasətinin müəyyən edilməsi məqsədilə ikigünlük seminarın keçirilməsi planlaşdırılır.

Seminardan sonra işlənib-hazırlanmasına hələ 2005-ci ilin yayından başlanılmış layihəyə dəqiqləşdirmələr ediləcək. Amma bu, keçmiş səhiyyə nazirinin vaxtında olmuşdu. İndi müzakirələr yeni məcrada aparılacaq və bunun üçün struktur dəyişikliklərə dair konkret fikirlər vardır.

İlkin məlumatlara əsasən, yeni layihənin gerçəkləşdirilməsinə DB Beynəlxalq inkişaf Assosiasiyasının xəttilə $50 mln.ayırmağı nəzərdə tutur. Həmin layihə Azərbaycanın bankı ilə 2006-2009-cu illərə nəzərdə tutulmuş yeni tərəfdaşlıq strategiyasına daxil edilib.

Bu, səhiyyə sahəsində DB-nin maliyyələşdirdiyi islahatlara aid ikinci layihə olacaq. DB-nin krediti $5 mln. təşkil edirdi. İlk layihənin gerçəkləşdirilməsi cari ilin sentyabrında başa çatıb.

Xəbər lenti

Xəbər lenti