...

Azərbaycanda meşə zərərvericiləri ilə mübarizə komissiyası yaradılıb

Cəmiyyət Materials 3 Dekabr 2005 11:11 (UTC +04:00)

Azərbaycanda meşə zərərvericiləri ilə mübarizə komissiyası yaradılıb. Komissiyanın tərkibinə Azərbaycanın Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirlikləri və müxtəlif elmi-tədqiqat institutlarının mütəxəssisləri daxildir. Trend in xəbər verdiyi kimi, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun sözlərinə görə, yaxın vaxtlarda komissiyanın pilot hesabatının hazırlanacağı gözlənilir.

"Dekabrın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində meşə zərərvericilərinə qarşı zəruri tədbirlər müzakirəyə çıxarılacaq", - deyə o qeyd edib.

Bir sıra alimlərin fikrincə, meşə zərərvericilərinə qarşı kimyəvi tədbirlər görməyə ehtiyac yoxdur, belə ki, onların yayılma dövrü artıq başa çatıb. "Lakin nazirlik bu məsələ ilə bağlı məsuliyyət daşıdığından məqsədyönlü qərar qəbul etmək lazımdır", - deyə nazir vurğulayıb.

Komissiyanın funksiyalarına meşələrdə monitorinqlərin aparılması, nümunələrin götürülərək öyrənilməsi daxildir.

Xəbər lenti

Xəbər lenti