...

Otüstü xokkey üzrə Milli Federasiya Bakıda beynəlxalq turnir təşkil etməyi planlaşdırır

Cəmiyyət Materials 3 Dekabr 2005 14:38 (UTC +04:00)

Otüstü xokkey üzrə Milli Federasiya gələn il Bakıda beynəlxalq turnir təşkil etməyi planlaşdırır.

Trend bildirir ki, yarışda altı yığmanın, o cümlədən dünya çempionatının seçmə turnirinə hazırlaşan meydan sahiblərinin iştirakı planlaşdırılır.Fevralın sonu, martın əvvəlinə planlaşdırılmış yarışlarda təsnifat mərhələsinə vəsiqə qazanmış Ukrayna və İtaliya komandalarının da ola biləcəyi altı komandanın iştirakı gözlənilir. Beləliklə, mundiala seçim gələn ilin yazında Romada keçiriləcək. Hələlik turnirin iştirakçı komandalarının dəqiq tərkibi məlum deyil və hər şey gələn ildən tez olmayaraq müəyyən ediləcək.

Qeyd etmək lazımdır ki, dünya çempionatının təsnifat mərhələsində oynamaq hüququnu Adil Paşayevin yetirmələri Bakıda keçirilmiş "Millətlərin Kuboku" oyunlarında qazandıqları qələbə sayəsində əldə edib.

Xəbər lenti

Xəbər lenti