...

Xətai rayon məhkəməsi Canmirzə Mirzəyevin işi üzrə materialları Apellyasiya Məhkəməsinə göndərib

Cəmiyyət Materials 5 Dekabr 2005 13:49 (UTC +04:00)

Dekabrın 5-də Bakı şəhəri, Xətai rayon Məhkəməsi Canmirzə Mirzəyevin işi üzrə materialları Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinə göndərib. Bu barədə Trend ə Canmirzə Mirzəyev məlumat verib.

Canmirzə Mirzəyev məhkumluğunun çəkilməmiş hissəsinin üzərindən götürülməsi ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət etsə də, onun ərizəsi təmin olunmayıb. Məhkəmə bu qərarını C.Mirzəyevin Məhkəmə Qəraralarının İcrası Baş İdarəsinin tabeliyində olan 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən iki dəfə daxili nizam-intizamı pozması ilə əsaslandırıb.

Lakin məhkəmənin qərarından narazı qalan C.Mirzəyev iş materiallarının Apellyasiya Məhkəmsinə göndərilməsi ilə əlaqədar Xətai rayon Məhkəməsinə müraciət edib. Məhkəmə də müraciətə əsasən materialları Apellyasiya Məhkəməsinə göndərib. Lakin hələlik iş materialları heç bir hakimin icraatına verilməyib.

C.Mirzəyev məhkumluğunun çəkilməmiş 2 illik hissəsinin apellyasiya instansiyası tərəfindən ləğv olunacağına ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti