...

Azərbaycanda 7 minə yaxın internet saytı fəaliyyət göstərir

Cəmiyyət Materials 5 Dekabr 2005 15:15 (UTC +04:00)

Azərbaycanda hazırda 7 minə yaxın İnternet saytı fəaliyyət göstərir. Bu barədə Trend ə Media Problemləri İnstitutundan (MPİ) məlumat verilib.

Qeyd edək ki, MPİ internet saytı şəklində fəaliyyət göstərir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən MPİ-ya bildirilib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 7 minə yaxın internet saytından 3175-i Azərbaycan dilindədir. Qalanlarından 830-u türk, 1300-ü ingilis, 1600-ü rus dilindədir. Saytların 150-si dövlət qurumlarına, nazirliklərə, siyasi partiyalara və ictimai təşkilatlara məxsusdur. Qarabağ müharibəsinə, Xocalı soyqırımına və erməni vəhşiliklərinə həsr olunmuş 17, rayonlarımız barədə məlumatları əks etdirən 15, diasporalarla bağlı məsələləri əhatə edən 26 sayt var.

Xəbər lenti

Xəbər lenti