...

"AzərReyl" "Kalitsiya"ya qarşı matça hazırlaşır

Cəmiyyət Materials 5 Dekabr 2005 16:21 (UTC +04:00)

"AzərReyl" qadın voleybol klubu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turuna hazırlıq çərçivəsində qısamüddətli tədris-təlim toplantısı keçirmək üçün Moskavaya yola düşüb.

Milli Federasiyadan verilən məlumata görə, Faiq Həsənovun yetirmələri Rusiya paytaxtında bir neçə məşqdən sonra Polşaya yola düşəcəklər. Məhz orada dekabrın 8-də Avropa Kubokunun görüşü olacaq. Həmin görüşlərdə "AzərReyl" "V" yarımqrupunun liderlərindən olan yerli "Kalitsiya" komandası ilə mübarizə aparacaq. Bu komanda "Tenerif" və "Günəş Vaqifbank"ı udaraq dörddəbir fianala çıxmaq üçün gözəl şanslar əldə edib. Ona görə də "AzərReyl" məhz Polşada çox çətin mübarizə gözləyir.

Xatırladaq ki, "V" qrupunun turnir cədvəlinə yalnız Perucinin "Pallavalo Sirio" komandası başçılıq edir.

Xəbər lenti

Xəbər lenti