...

Əzizbəyov məhkəməsində 3-cü polis bölməsinin sabiq rəisi Qurban Hüseynovun barəsindəki cinayət işi üzrə məhkəmə keçiriləcək

Cəmiyyət Materials 5 Dekabr 2005 16:38 (UTC +04:00)

Dekabrın 6-da Əzizbəyov məhkəməsində hakim Araz Kazımovun sədrliyi ilə Əzibəyov RPİ-nin 3-cü polis bölməsinin sabiq rəisi Qurban Hüseynovun barəsindəki cinayət işi üzrə məhkəmə keçiriləcək. Bu barədə Trend ə məhkəmədən bildirilib.

Azərbaycan Respublikası CM-in 309.2 maddəsi ilə ittiham olunan sabiq rəis bu ilin avqust ayının 29-da xidməti otağında həmin bölmədə cinayət axtarışı üzrə əməliyyat müvəkkili işləyən İsmayıl Məmmədovu işə gecikdiyi üçün döymüş və ona ağır bədən xəsarəti yetirmişdi. İ.Məmmədovun şikayəti üzrə Q. Hüseynova qarşı cinayət işi açılıb. Tutduğu vəzifədən azad edilən Q. Hüseynovun dilindən başqa yerə getməmək barədə iltizam alınıb. Hakim A.Kazımov bildirib ki, tərəflər artıq barışıb və aralarındakı mübahisə həllini tapıb. Bu səbəbdən cinayət işinə xitam veriləcəyi istisna edilmir.

Xəbər lenti

Xəbər lenti