...

ABŞ-ın boks üzrə komandası gələn il Bakıya gələcək

Cəmiyyət Materials 5 Dekabr 2005 17:26 (UTC +04:00)

Azərbaycan və ABŞ-ın boks üzrə komandalarının növbəti görüşü gələn ilin noyabrında Bakıda olacaq.

Milli Federasiyanın rəhbəri Ağacan Əbiyevin Trend ə verdiyi məlumata görə, tərəflər döyüşlərin növbəti silsiləsinin respublikanın paytaxtında keçirmək barədə ilkin razılığa gələ biliblər. "Bir il əvvəl amerikalı idmançılar artıq bizim şəhərə gəliblər və ondan sonra biz belə görüşlərin hər il keçirilməsi barədə razılıq əldə etmişik. Bu yaxınlarda Çikaqoda keçirilən döyüşlərdən sonra ABŞ-ın dəri əlcək ustaları yenidən Bakıya gələcəklər", - deyə A.Əbiyev bildirib.

Həmçinin, Federasiyanın rəhbəri bildirib ki, bu cür görüşlər tez-tez keçirilmir və ona görə də komandanın sınaqdan çıxması üçün böyük əhəmiyyət kəsb edir. "Əvvəllər SSRİ ilə ABŞ yığmaları arasında hir il belə görüşlər təşkil edilirdi. Bu baxımdan bizi bu ənənənin davamçıları hesab etmək olar", -deyə A.Abiyev sonda bildirib.

Xəbər lenti

Xəbər lenti