...

Ömürlük həbsə məhkum edilmiş dustağın iddiasına baxılacaq

Cəmiyyət Materials 5 Dekabr 2005 18:33 (UTC +04:00)

Dekabrın ikinci yarısında ömürlük həbs cəzası çəkən məhbus Natiz Mirzəyevin Bayıldakı 1 saylı İstintaq Təcridxanasının əməkdaşlarına qarşı qaldırdığı iddiayə baxılacaq. Bu barədə Trend ə hüquq müdafiəçisi Eldar Zeynalov məlumat verib.

Dustaq Binədəki Vərəmli xəstələr üçün saxlandığı 3 saylı Cəzaçəkmə Müəssisəsindən məhkəməyə ünvanladığı iddia ərizəsində qeyd edib ki, 5 il əvvəl Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılarkən vərəm xəstəliyinə yoluxub. Bu xəstəliyə yoluxmasına səbəb təxridxana əməkdaşları olub.

"Natiq Mirzəyevin iddiasına görə, o, təcridxanada vərəm xəstəliyi olan dustaqla eyni kamerada saxlanılıb. Dəfələrlə kamerasının dəyişdirilməsini xahiş etsə də onun xahişlərinə məhəl qoyulmayıb. Nəticədə o da vərəmə yoluxub. İndi də məhkəmədən həmin təcridxanada əməkdaşlarının məsuliyyətə cəlb olunmalarını və səhhətinə dəymiş ağır zərərin maddi təzminatını ödəmələrini tələb edir", deyə hüquq müdafiəçisi bildirib.

Xəbər lenti

Xəbər lenti