...

Pirəli Orucovun cinayət işi üzrə materiallar məhkəmə baxışına göndərilib

Cəmiyyət Materials 5 Dekabr 2005 18:37 (UTC +04:00)

"Yeni Müsavat" Partiyasının fəalı Pirəli Orucovun və onunla birlikdə təqsirləndirilən Əli Nəhmətovun cinayət işi üzrə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsinin icraatında olan ibtidai istintaq başa çatıb və iş üzrə materiallar məhkəmə baxışına göndərilib. Bu barədə Trend ə Pirəli Orucovun hüquqlarını müdafiə komitəsinin rəhbəri İsaxan Aşurov məlumat verib.

"İş üzrə materiallar artıq Yasamal rayon Məhkəməsinə göndərilib. Hazırda təqsirləndirilən şəxslər ittiham aktı ilə tanış olurlar. Bu mərhələ başa çatdıqdan sonra iş materialları hakim icraatına veriləcək", - deyə İsaxan Aşurov bildirib.

Qeyd edək ki, Pirəli Orucov 11 iyul 2005-ci il tarixdə Azərbaycan Respulikası Apellyasiya Məhkəməsinin hakimi Bəhram Şükürova və Azad Azərbaycan Televiziyasının prezidenti Tağı İbrahimova qarşı terrora hazırlıq görməkdə təqsirləndirilərək həbs edilib. Bir neçə gün sonra isə eyni əməllərə görə Əli Nəhmətov da saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Xəbər lenti

Xəbər lenti