...

Konstitusiya Məhkəməsi Arif Hacılının şikayətinə cavab verib

Cəmiyyət Materials 6 Dekabr 2005 13:39 (UTC +04:00)

Konstitusiya Məhkəməsi "Azadlıq" blokunun 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa vahid namizədi, Müsavat Partiyası başqanının müavini Arif Hacılının müraciətinə cavab verib. Bu barədə Trend ə Arif Hacılı özü məlumat verib.

Qeyd edək ki, Arif Hacılı Mərkəzi Seçki Komissiyasının 110 saylı Zaqatala seçki dairəsinin nəticələrinin ləğv olunması barəsində qərarından Apellyasiya Məhkəməsinə şikayət vermişdi. Lakin bu şikayət Apellyasiya, sonra isə Ali Məhkəmə tərəfindən təmin olunmadı. Arif Hacılı Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməstinə şikayət verərək əvvəlki məhkəmə instansiyalarının çıxardığı qərarın qüvvədən salınmasını, özünün 110 saylı dairədə seçkinin qalibi elan edilməsini tələb edib.

Konstitusiya Məhkəməsindən Arif Hacılının şikayət məktubuna cavab verilib və bildirilib ki, sözügedən şikayətlə bağlı qərar çıxaran son instansiya Ali Məhkəmədir. Arif Hacılı buna görə də Avropa Məhkəməsinə müraciət etmək qərarına gəlib. Onun sözlərinə görə, hazırda Avropa Məhkəməsinə şikayət hazırlanır və məktub bu həftə ərzində göndəriləcək.

Xəbər lenti

Xəbər lenti