...

YUNESKO Azərbaycanda təhsil sisteminin təkmilləşdirilməsinə texniki yardım göstərəcək

Cəmiyyət Materials 6 Dekabr 2005 14:43 (UTC +04:00)

YUNESKO tərəfindən Azərbaycanda təhsil sisteminin təkmilləşdirilməsinə texniki yardım göstərilməsi məsələsi Azərbaycan və YUNESKO arasında əməkdaşlıq üzrə işçi qrupunun dekabrın 13-16-da Bakıda keçiriləcək I iclasında müzakirə ediləcək.Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın YUNESKO-dakı nümayəndəsi Eleonora Hüseynova bildirib.

Onun sözlərinə görə, Bakıda keçiriləcək iclasda iştirak etmək üçün YUNESKO-nun təhsil siyasəti və strategiyası departamenti rəhbərinin başçılıq edəcəyi nümayəndə heyəti gələcək. Nümayəndə heyətinin tərkibinə YUNESKO-nun ekspertləri və təşkilatın Moskva ofisinin rəşbəri daxildir. Ekspertlər iclasda təhsil islahatlarının gedişinin sürətləndirilməsi, Azərbaycanın təhsil sisteminin Avropa sisteminə uyğunlaşdırılması məsələlərini müzakirə edəcək.

İclas bu ilin avqustunda Azərbaycan ilə YUNESKO arasında imzalanmış əməkdaşlığa dair Memorandum çərçivəsində keçiriləcək. Həmin memorandum təhsilin Azərbaycan üçün prioritet olan bir sıra istiqamətləri üzrə fəal əməkdaşlığı nəzərdə tutur. Bunlar, keyfiyyətli bərabər çıxış, təhsilin idarə edilməsi sisteminin təkmilləşdirilməsi, bütün səviyyələrdə tədris Proqramlarının yenilənməsi, müəllimlərin ixtisaslaşdırılmasının təkmilləşdirilməsi, texniki -peşə təhsilinin müasirləşdirilməsi, təhsil sistemində İKT-nin tətbiqi kimi məsələlərdir.

Xəbər lenti

Xəbər lenti