...

Azərbaycan Qış Olimpiadasında iştirak etmək üçün əlavə vakansiya ala bilməyib

Cəmiyyət Materials 6 Dekabr 2005 16:08 (UTC +04:00)

Azərbaycanın 2006-cı ilin Qış Oyunlarında iştirak etmək üçün əlavə vakansiya almaq cəhdləri uğursuzluqla bitir.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin Trend ə bildirdiyi kimi, Turində yığmamız Kristin Freyzer-İqor Lukanin rəqs cütlüyü ilə təmsil olunacaq. "Biz beynəlxalq strukturlara Elbrus İsakovun da çıxış etdiyi dağ-xizək idman növü üzrə vald kartı təqdim etməyin mümkünlüyü haqqında ərizə yazsaq da, heç bir cavab almamışıq. Buna görə də İtaliyaya yalnız fiqurçular gedəcək", - deyə Ç.Hüseynzadə qeyd edib.

Xatırladaq ki, K.Freyzer və İ.Lukanin dueti Turinə vəsiqəni 2005-ci ilin payızında Vyanada keçirilmiş lisenziyalı turnirdə çıxışlarının yekunlarına görə qazanıblar.

Xəbər lenti

Xəbər lenti