...

Hüquq müdafiəçilərinin Ümumrespublika Forumu təxirə salınıb

Cəmiyyət Materials 6 Dekabr 2005 16:15 (UTC +04:00)

"Dekabrın 10-da Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə hüquq müdafiəçilərinin Ümumrespublika Forumu təxirə salınıb". Bu barədə Trend ə Dilarə Əliyeva adına Qadın Hüqüqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.

N.Cəfəroğlu bildirib ki, forumun əvəzinə yanvarın sonlarında Bakıda insan haqları ilə bağlı beynəlxalq tədbirin keçirilməsi planlaşdırılıb: "Tədbirə bir sıra dövlətlərdə insan haqları ilə məşğul olan təşkilatların nümayəndələrinin qatılacağı da nəzərdə tutulub. Məqsədimiz 2005-ci il ərzində Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hesabat hazırlamaqdır".

Bununla bağlı işçi qrupunun yaradıldığını deyən N.Cəfəroğlu beynəlxalq tədbirin bir neçə gün davam edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti