...

Novella Cəfəroğlu: "Məqsədimiz hüquq mühafizə orqanlarına kömək etməkdir"

Cəmiyyət Materials 6 Dekabr 2005 16:43 (UTC +04:00)

"Noyabrın 26-da "Qələbə" meydanında keçirilən mitinq zamanı baş vermiş məlum qarşıdurmada zərər çəkənlərdən ibarət İctimai Komissiya yaradılıb". Bu barədə Trend ə hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.

N.Cəfəroğlu qeyd edib ki, hüquq müdafiəçilərindən təşkil edilən Məşvərət Şurası üzvlərinin noyabrın 26-da baş vermiş məlum qarşıdurmadan sonra apardığı monitorinqin nəticələri də məlumdur: "Monitorinqin nəticələrindən belə qənaətə gəldik ki, qarşıdurma zamanı çox insan xəsarət alıb. Hadisənin baş vermə səbəblərini aydınlaşdırmaq üçün zərər çəkən insanlardan ibarət İctimai Komissiya təşkil etdik".

Hüquq müdafiəçisi onu da bildirib ki, onların məqsədi hadisənin baş verməsində məsuliyyət daşıyan şəxsləri ifşa etməkdir: "Komissiya bununla bağlı öz rəyini güc strukturlarına təqdim edəcək. Biz meydanlarda insanları döydürən və döyənləri üzə çıxarıb cəzalandırılmasına nail olmağa çalışırıq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti