...

Qobustan qapalı həbsxanasında monitorinq keçirilib

Cəmiyyət Materials 7 Dekabr 2005 13:28 (UTC +04:00)

Dekabrın 6-da Qobustan qapalı həbsxanasında Azrbaycan işgəncələr əleyhinə komitəsinin sədri Elçin Beyhbudov müavini Bayram Sadıqov ilə birgə monitorinq keçirib. Monitorinqin keçirilməsində məqsəd ağclıq aksiyasınndan sonra ömürlük həbs cəzasına məhkum edilmiş məhkumların vəziyyəti ilə tanış olmaqdır. Monitorinq zamanı həbsxanada 700-dən çox məhkum cəza çəkir. Həbsxananın su və istilikdlə bağlı problemi cari il ərzində həll olunub. Həmçinin, bu il həbsxanada 70-dən artıq kamera təmir edilib.

2005-ci ildə həbshanada 4 ölüm, 2 infakt, 2 intihar hadisəsi qeydə alınıb. E.Behbudov ömrlük həbsə məhkum olunmuş Hüseynağa Babayev, Dəyanət Kərimov, Elçin Əmiraslanov, Kəramət Məmmədov ilə görüşüb. Onlar həbshanada işgəncə faktlarının olmadığını bildiriblər və yalnız məhkəmələrin ədalətsiz qərarlarından şikayətləniblər və cəzaların 15 ilə endirilməsini istəyiblər.

Yaxın gələcəkdə Qobustan həbsxanasında xəstəxananın tikilməsi nəzərdə tutulub. Belə ki, xəstə məhkumların Mərkəzi xəstəxanaya aparılması ilə bağlı həm onların sağlamlığı , həm də təhlükəsizliyi baxımdan ciddi problemlər yaranır. Bu xəstəxanada bütün xəstəliklərin müalicəsmi nəzərdə tutulub, həmi çinin vərəmli məhkumların da müalicəsi xəstəxanada təmin olunacaq.

Qeyd edək ki, Qobustan həbsxanasında yeni korpusun da tikintisi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti