...

AFFA dekabrın 12-də Şahin Diniyevlə müqavilə imzalayacaq

Cəmiyyət Materials 7 Dekabr 2005 17:17 (UTC +04:00)

AFFA Azərbaycanı yığmasının yeni baş məşqçisi Şahin Diniyevlə dekabrın 12-də müqavilə imzalamaq niyyətindədir.

Assossiasiyanın baş katibi Fuad Əsədovun Trend ə verdiyi məlumata görə, gələn həftənin əvvəlində məşqçi razılaşmanın bütün detallarını qaydaya salmaq və onların altına imza qoymaq üçün onlarla görüşməlidir. Müqavilə bir il üçün nəzərdə tutulub. Lakin əgər futbol təşkilatı Ş,Diniyevin işini bəyənərsə, , o zaman müqavilənin müddəti uzadıla bilər. Bütün müvafiq sənədləri imzaladıqdan sonra məşqçi eyni vaxta iki vəzifəni tutacaq. Belə ki, o, həm də milli çempionatın birinin dairəsinin sonuna kimi "Gəncə" klubunda da işini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti