...

Lidiya Maksimenko: "Kalisi"yə qarşı oyun "AzərReyl" üçün ən çətin görüşlərdən biri olacaq

Cəmiyyət Materials 7 Dekabr 2005 17:56 (UTC +04:00)

""Kalisi"yə qarşı oyun bizim üçün ən çətin oyunlardan biri olacaq". Bu barədə Trend ə "AzərReyl"in voleybolçusu Lidiya Maksimenko çempionlar Liqasının qrup mərhələsinin beşinci turu ərəfəsində bəyan edib. Bu oyunlar çərçivəsində komanda dekabrın 8-də səfərdə polşalılarla oynayacaq.

Onun fikrincə, Avropa kubokunun son görüşlərində rəqib çox əmin görünürdü və doğma divarlar arasında da qələbə silsiləsini davam etdirməyə cəhd edir. "Unutmaq olmaz ki, Polşa yığması Avropa çempionudur" -deyə L.Maksimenko bildirib.

Eyni zamanda, voleybolçu hesab edir ki, "AzərReyl"in öz dəlili vardır və klub rəqibə qalib gəlməlidir. Ötən mövsümdə Faiq Qarayevin yetirmələri "Kalisi"ni artıq iki dəfə məğlub edib.

Xəbər lenti

Xəbər lenti