...

UEFA inspektoru Asim Xudiyev Almaniya hakimlərinin işini qiymətləndirəcək

Cəmiyyət Materials 8 Dekabr 2005 11:31 (UTC +04:00)

UEFA inspektoru Asim Xudiyev UEFA Kubokunun qrup mərhələsinin son oyununda, gələn həftənin əvvəlində keçiriləcək "Bolton" - "Sevilya" görüşündə Almaniyanın hakimlər briqadasının işini qiymətləndirəcək.

A.Xudiyev Trend ə bildirib ki, son anadək referilərin tərkibi məlum deyildi, amma Avropa Futbol İttifaqı artıq Avropa Kubokunun qarşıdakı oyunlarını təyin edib. Beləliklə, briqada beynəlxalq görüşlərdə geniş təcrübəyə malik deyil və həmin hakimlər ikinci eşelonun hakimləridir.

Xatırladırıq ki, bu mövsümdə A.Xudiyev bir sıra ciddi oyunları təftiş edib və bunların sırasında çempionlar Liqasının ikinci dövrəsində "Dinamo" (Kiyev) - "Tyun", eləcə də dünya çempionatının seçmə oyununda Gürücstan-Ukrayna görüşləri də vardır.

Xəbər lenti

Xəbər lenti