...

Gürcüstanın xalq müdafiəçisi Azərbaycana səfərə gəlib

Cəmiyyət Materials 8 Dekabr 2005 14:15 (UTC +04:00)

Gürcüstanın xalq müdafiəçisi Sozar Subari Azərbaycana işgüzar səfərə gəlib. Trend in məlumatına əsasən, Gürcüstanın Ombudsman aparatının mətbuat xidmətində bildirilib ki, ikigünlük səfərdə Sozar Subari Azərbaycanda insan haqlarınün müdafiəsi sahəsində vəziyyətlə tanış olacaq və Azərbaycan QHT nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.

Azərbaycanın Xalq müdafiəçisi Elmira Süleymanova ilə də onun görüşü planlaşdırılıb. KAVKAZ-PRESS bildirir ki, həmin görüşdə tərəflər gələcək əməkdaşlığın perspektivlərini müzakirə edəcək, Gürcüstan və Azərbaycanın hüquq sistemlərinin işinin monitorinqinin həyata keçirilməsində ombudsman aparatlarının təcrübə mübadiləsini aparacaq.

Xəbər lenti

Xəbər lenti