...

Mehdi Səlimzadə: Bəzi bələdiyyələr torpaq mülkiyyətinin idarə edilməsi məsələsində ciddi qanun pozuntularına yol verir

Cəmiyyət Materials 8 Dekabr 2005 16:16 (UTC +04:00)

Bəzi bələdiyyələr torpaq mülkiyyətinin idarə edilməsi məsələsində ciddi qanun pozuntularına yol verir. Trend bildirir ki, dekabrın 8-də Azərbaycanın yerli özünüidarəetmə orqanları Milli Assosiasiyasının yaradılmasına dəstək üzrə işçi qrupunun iclasında AR ədliyyə nazirliyinin bələdiyyələrlə iş sektorunun rəisi Mehdi Səlimzadə bəyan edib.

"Ədliyyə nazirliyi 15 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edib"-deyə M.Səlimzadə bildirib və qeyd edib ki, daxil olmuş şikayətlər əsasında yerli özünüidarəetmə orqanlarının fəaliyyəti inzibati qaydada araşdırılıb. Ədliyyə nazirliyi nümayəndəsinin sözlərinə görə, 15 bələdiyyə üzrə sənədləşdirmə artıq AR Baş Prokurorluğuna göndərilib və orada qanun pozuntuları faktları ilə bağlı cinayət işi başlayıb.

Eyni zamanda M. Səlimzadə qeyd edib ki, bələdiyyə birliklərinin yaradılması ilə bağlı hər hansı bir hüquqi maneə yoxdur. "Bu, şübhəsiz ki, zərərli olan bələdiyələrin sayının azaldılmasına imkan verər.Dövlət belə təşəbbüsləri dəstəkləyir. Amma bu bələdiyyələr yerli özünüidarəetmə orqanına əsaslanmalıdır"-deyə sonda ədliyyə nazirliyinin nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti