...

Xocavənd Rayon Mərkəzi xəstəxanının baş həkiminə qarşı başlanmış cinayət işinin istiytaqı yekunlaşmaq ərəfəsindədir

Cəmiyyət Materials 8 Dekabr 2005 16:24 (UTC +04:00)

Ağcabədi Rayon Prokurorluğunda Xocavənd Rayon Mərkəzi xəstəxanının baş həkimi Nürəngiz Bəşirova və xəstəxanının bir neçə əməkdaşı barəsində başlanmış cinayət işinin istitaqı yekunlaşmaq ərəfəsindədir. Cinayət məcəlləsinin 179.2.3 və 313 maddələri ilə təqsirləndirilən N.Bəşirova doğulmayan uşaqların adına saxta sənəd hazırlamaqla onlara ayrılan müavinətləri mənimsəməkdə günahlandırılır.

Respublika Prokurorluğunun mətbuat xidmətindən bildirillib ki, istintaqın yekununda təqsirilənlərə yeni iddihamlar irəli sürülərcəyi də gözlənilir. Qeyd edək ki, N.Bəşirova hazırda tutduğu vəzifədə çalışır və barəsində qəti imkan tədbiri seçilməyib.

Xəbər lenti

Xəbər lenti