...

Valeriya Korotenko: ""Kalisiya" üzərində qələbə bizi qrupdan çıxmağa real iddiaçı etdi"

Cəmiyyət Materials 9 Dekabr 2005 13:34 (UTC +04:00)

""Kalisiya" üzərində qələbə bizi qrupdan çıxmağa real iddiaçı etdi". Bu barədə Trend ə çempionlar Liqasının beşinci turu çərçivəsində 3:1 hesablı qələbdən sonra "AzərReyl"in voleybolçusu Valeriya Korotenko bəyan edib.

O, qeyd edib ki, komanda gərgin oyunda hər iki rəqib üçün əhəmiyyətli olan xalları qazanmağa nail oldu. " Hər halda biz daha yüksək səviyyə nümayiş etdirə bildik. Hətta "Kalisiya" hesabı bərabərləşdirəndə də qələbəyə əminlik "AzərReyl"də daha yüksək idi. Məhz həlledici anlarda özümüzü toplamağımız sayəsində klub istənilən nəticəyə nail ola bildi" -deyə V.Korotenko bildirib.

Libero həm də əlavə edib ki, kollektiv turnirin birinci qrup mərhələsini dörd dəfə qələbəni bayram edərək uğurla keçirib və bu da gələcək üçün yaxşı göstəricidir.

Xəbər lenti

Xəbər lenti