...

Viktor Pasulko Lənkəranda işləyəcək

Cəmiyyət Materials 9 Dekabr 2005 14:55 (UTC +04:00)

Viktor Pasulkonun "Xəzər lə müqavilə imzalaması ilə bağlı informasiyaların təkzib edilməsinə baxmayaraq, məhz ukraynalı mütəxəssis Azərbaycanın ikinci çempionuna başçılıq etməyə razılıq verib.

Komandanın mətbuat xidmətindən Trend ə verilən məlumata görə, məşqçi bu yaxınlarda İstanbulda "Xəzər"in prezidenti Mübariz Mənsimovla razılıq əldə edib. "Xəzər"də təsdiq edirlər ki, V.Pasulko razılaşmanı rəsmiləşdirib, təyin olunmuş görüşə qədər isə klubun ofisindən ona lənkəranlıların milli birincilikdə oyunlarının videoyazısı göndərilib. Bu zaman ukraynalının kollektivə ölkə çempionatının 2-ci mərhələsi üzrə hazırlıqların başlayacağı yanvar ayından rəhbərlik edəcəyi gözlənilir.

Qeyd etmək lazımdır ki, V.Pasulko özü ona müxtəlif klublardan, o cümlədən Azərbaycandan da təkliflərin olunmasına baxmayaraq, hələ heç bir kağızın imzalanmadığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti