...

Mərkəzi Aran ərazisində yerləşən məhkəmələrdə monitorinq aparılacaq

Cəmiyyət Materials 9 Dekabr 2005 15:25 (UTC +04:00)

Gələn həftədən başlayaraq Azərbaycanın İnsan Haqları üzrə Hüqüqşünaslar Komitəsi "Məhkəmələrə ictimai nəzarət layihəsi" çərçivəsində Mərkəzi Aran ərazisində yerləşən məhkəmələrdə monitorinqə başlayacaq. Bu barədə Trend ə Monitorinq Komitəsindən bildiriblər.

Monitorinqlər Şəki, Zaqatala, Gəncəbasar, Quba, Xaçmaz, Şamaxı, İsmayıllı rayonlarında aparılacaq. Monitorinq zamanı işlərə baxılarkən prosesual qanunvericiliyə riayət, prosesslərə vaxtında başlanılması və prosesslərin məhkəmə zalında aparılması və sair hallar yoxlanılacaq.

Layihənin birinci mərhələsi Bakıda yerləşən məhkəmələrdə aparılıb. "Monitorinq zamanı çoxsaylı pozuntular aşkarlanıb. Bakıda pozuntilar rayonlarla müqayisədə daha çoxdur. Şəhər məhkəmələrində məhkəmə prosessləri məhkəmə zalı yerinə, hakimlərin xidməti otağında keçirilir, məhkəmə zalları dövlət atributları ilə təmin edilmir, prosesslər əvvəlcədən təyin edilmiş vaxta keçirilmir, qanunvericiliyin tələbləri pozulur" - deyə Monitorinq Komitəsindən bildirilib.

Komitədən bildiriblər ki, aparılmış monitoriqlərin nəticəsinə əsasən yekun hesabat hazırlanacaq, Ədliyyə Nazirliyinə və Ali Məhkəməyə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti