...

Səhiyyə Nazirliyi Almaniyanın Boehringer İngelheym dərman preparatlarını qadağan edib

Cəmiyyət Materials 9 Dekabr 2005 16:06 (UTC +04:00)

Azərbaycanın Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən dekabrın 8-də Almaniyanın "Boehringer İngelheym" adı altında istehsal olunan və Avstriyanın yerli "Farm Gafur" firması tərəfindən idxal olunan saxta "Lazolvan" dərman preparatları aşkar edilib. Trend in məlumatına görə, bu barədə Mərkəzin dekabrın 9-da yaydığı press-relizdə bildirilir.

Məlumatda bildirilir ki, bu tədbirlər nəticəsində 544978 və 544972 seriyalı Lazolvan (sirop) preparatının satışına qadağa qoyulub.

Hazırda Mərkəz tərəfindən bu vəziyyətlə bağlı araşdırma aparılır. Araşdırmalarda məqsəd Farm Gafur şirkətinin saxta preparatları respublikaya idxal etdikləri zamanı bu barədə nə dərəcədə məlumatlı olmalarını öyrənməkdir.

Xəbər lenti

Xəbər lenti