...

Vətəndaş polis mayoru tərəfindən işgəncəyə məruz qalması barədə KİV-də yazılanları təkzib edib

Cəmiyyət Materials 9 Dekabr 2005 16:17 (UTC +04:00)

Dekarın 9-da Beynəlxalq Mətbuat Mərkəzində Gəncə şəhər sakini Xoşqədəm Həmidova və onun vəkili Camal Bağırzadə mətbuat konfransı keçirib. Trend məlumat verir ki, 10 gündən artıqdır Xoşqədəm Həmidovanın adı kütləvi informasiya vasitələrində Gəncə şəhəri, Nizami rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsnin sabiq rəisi polis mayoru Koroğlu Qasımov tərəfindən işgəncəyə məruz qalması faktı ilə bağlı hallandırılır.

Lakin vətəndaş X.Həmidova və onun vəkili KİV-də işıqlandırılan məlumatların həqiqətə uyğun olmadığını bildirib. X.Həmidova qeyd edib ki, oğlu Eşqim Həmidov oğurluq cinayəti törətdiyinə görə noyabrın 6-də Nizami rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Vətəndaş həmin vaxt idarənin cinayət-axtarış şöbəsinin rəisi Koroğlu Qasımovun bir sıra qanunsuz hərəkətlərə yol verdiyini təsdiqləsə də, polis mayoru tərəfindən hər hansı işgəncəyə məruz qalmadığını bildirib.

Qeyd edək ki, polis mayoru Koroğlu Qasımov dekabrın 8-də daxili işlər naziri Ramil Usubovun əsri ilə daxili işlər orqanından kənarlaşdırılıb. Daxili İşlər Nazirliyi və Respublika Baş Prkourorluğu tərəfindən K,Qasımov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti