...

Canmirzə Mirzəyevin apellyasiya şikayətinə dekabrın 11-də baxılacaq

Cəmiyyət Materials 9 Dekabr 2005 18:43 (UTC +04:00)

Dekabrın 11-də Azərbaycan Respublikası Apellyaisya Məhkəməsində hakim Qəzənfər Kərimovun sədrliyi ilə Canmirzə Mirzəyevin apellyasiya şikayətinə baxılacaq. Bu barədə Trend ə hakim Qəzənfər Kərimov məlumat verib.

C.Mirzəyev məhkumluğunun çəkilməmiş hissəsinin üzərindən götürülməsi ilə əlaqədar Xətai rayon məhkəməsinə ərizə ilə müraciət edib. Lakin hakim ərizəni təmin etməyib. Məhkəmənin qərarından narazı qalan C.Mirzəyev qərardan apellyasiya şikayəti verib.

Qeyd edək ki, apellyaisya instansiyasında keçiriləcək məhkəmə iclasında müşahidəçi qismində Avropa Şurasının və yerli hüquq müdafiə təşktilatlarının rəhbərlərinin iştirakı da gözlənilir.

Xəbər lenti

Xəbər lenti