...

Azərbaycan WADA-nın bəyanatına cavab hazırlayır

Cəmiyyət Materials 12 Dekabr 2005 15:50 (UTC +04:00)

"Biz yunan-roma döyüş növü üzrə idmançı Hüsaməddin Rəcəbov və cudoçu Nicat Şıxəlizadənin dopinq analizinin müsbət nəticə verməsinin təsdiqi ilə bağlı WADA-dan sənədlər almamışıq". Trend ə bu barədə Gənclər, İdman və Turizm nazirliyinin mətbuat katibi Raqif Abbasov bildirib.

Onun sözlərinə görə, idarə artıq Ümumdünya Antidopinq Agentliyinin atletlərin orqanizmində qadağan olunmuş dərmanların tapılması ilə bağlı bəyanatına cavab olaraq işə başlayıb. "Biz bu istiqamətdə işləyirik. Lakin konkret bir şey demək çətindir", - deyə mətbuat katibi qeyd edib.

Onların orqanizmində dopinq aşkar edildiyi halda H.Şıxəlizədənin dünya çempionatında qazandığı gümüş medal, N.Şıxəlizadənin isə Misir mundialındakı gümüş mükafatı geri alına bilər.

Xəbər lenti

Xəbər lenti