...

Dekabrın 13-də Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ildönümünə həsr olunmuş konsert keçiriləcək

Cəmiyyət Materials 12 Dekabr 2005 16:53 (UTC +04:00)

Dekabrın 13-də Kapellhousun səhnəsində AR Mədəniyyət Nazirliyinin himayəsi və Yaqut Seyidovanın rəhbərliyi, eləcə də respublikanın iki ali musiqi ocağının ən yaxşı tələbələrinin iştirakı ilə Azərbaycanın bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyovun ildönümünə həsr olunmuş konsert keçiriləcək.

Trend bildirir ki, konsert proqramına Azərbaycan bəstəkarları (Üz.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, T.Quliyev, V.Mustafazadə) ilə yanaşı Qərbi Avropa bəstəkarlarının (Piazzolo, Albinoni, Şopen) əsərləri, habelə xalq mahnıları və muğamlar da daxildir.

Xəbər lenti

Xəbər lenti