...

Şahin Diniyev AFFA ilə müqavilə imzalayıb

Cəmiyyət Materials 12 Dekabr 2005 17:48 (UTC +04:00)

Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyev AFFA ilə müqavilə imzalamaqla rəsmən vəzifəsinin icrasına başlayıb.

Baş məşqçinin özünün Trend ə verdiyi məlumata görə, onun yeni işi bütün namizədləri komandada bir yerə toplayacağı vaxtda, bilavasitə dekabrın 20-dən başlayır. Xüsusi toplantıda mütəxəssis öz oyun qaydaları və tələblərindən danışacaq və futbolçuların fikirlərini dinləyəcək. "Lakin əslində, mənim baş məşqçi kimi işim təyin olunduqdan dərhal sonra başlayıb. O zaman mən bir neçə klubların məşqçiləri ilə, o cümlədəm, sələfim Vaqif Sadıqovla görüşməyə imkan tapdım və onlarla bir sıra müxtəlif məsələləri müzakirə etdim ", - deyə Ş.Diniyev bildirib.

O, həmçinin, etiraf edib ki, artıq yığmanın namizədlərinin geniş siyahısını tərtib edib və həmin siyahıya 30 nəfərdən çox oyunçunun adı daxildir.

Xəbər lenti

Xəbər lenti