...

Ekologiya nazirliyi kimyəvi və bioloji preparatlar alacaq

Cəmiyyət Materials 12 Dekabr 2005 19:09 (UTC +04:00)

AR ekologiya və təbii sərvətlər nazirliyi meşə ziyanvericilərinə qarşı mübarizə məqsədilə kimyəvi və bioloji preparatlar almaq niyyətindədir. Bu barədə Trend ə nazirlikdə bildirilib. Bunun üçün bir lot üzrə tender elan edilib. Tenderin şərtlərinə müvafiq olaraq məhsulun gətirilməsi 4 ay ərzində həyata keçirilməlidir.

Maraqlı olan şirkətlər nazirliyin meşələrin inkişafı Departamentinə müraciət edə bilər. İddiaçılar tenderdə iştirak etmək üçün 200 min manat ödəməlidir. Potensiallı iştirakçılar öz sənədlərini dekabrın 20-dən gec olmadan təqdim edə bilər.

Azərbaycanda meşə ziyanvericiləri ilə mübarizə üzrə komissyia yaradılıb. Komissiyanın tərkibinə AR təbii sərvətlər, kənd təsərrüfatı, eləcə də Azərbaycanın müxtəlif elmi-tədqiqat institutlarının mütəxəssisləri daxildir.

Xəbər lenti

Xəbər lenti