...

Mətbuat Şurası dövlət məmurları ilə KİV-in görüşlərini təşkil edəcək

Cəmiyyət Materials 13 Dekabr 2005 11:26 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurası gələn həftədən yeni layihəsini həyata keçirməyə başlayır. Bu barədə Trend ə Mətbuat Şurasından (MŞ) məlumat verilib.

Layihə çərçivəsində ilk tədbir kimi dekabrın 20-də saat 15.00-da Beynəlxalq Mətbuat Mərkəzində media təmsilçilərinin təhsil naziri Misir Mərdanovla görüşü keçiriləcək. MŞ sədri Əflatun Amaşov bildirib ki, görüşdə ölkəmizdə fəaliyyət göstərən aparıcı KİI-lərin baş redaktorlarının iştirakı planlaşdırılıb. Onun sözlərinə görə, Şura bu layihə ilə KİI təmsilçilərinin ayrı-ayrı nazirliklər, dövlət komitələri rəhbərləri ilə əlaqələrini genişləndirmək niyyətindədir.

"Bu layihəni gerçəkləşdirərkən KİI-lə hakimiyyət orqanlarının daha yaxından işləməsi zərurətini, jurnalistlərin ilk mənbədən və operativ informasiya alınması sahəsindəki mövcud çətinliklərini də nəzərə almışıq", - deyə Ə.Amaşov bildirib.

Xəbər lenti

Xəbər lenti