...

Azərbaycanın təhsil naziri Avropa ölkələrinin təhsil nazirlərinin görüşündə iştirak edəcək

Cəmiyyət Materials 13 Dekabr 2005 11:54 (UTC +04:00)

Azərbaycanın təhsil naziri Misir Mərdanov 2006-cı il yanvarın birinci yarısında Böyük Britaniyada keçiriləcək Avropa ölkələrinin təhsil nazirlərinin görüşündə iştirak edəcək. Trend ə bu barədə nazirlikdən məlumat verilib.

Görüşdə Avropa ölkələrinin təhsil nazirləri təhsil sahəsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi məsələlərinə baxmağı planlaşdırır.

Xatırladaq ki, prezidentin sərəncamı ilə ölkədə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təchiz edilməsi üzrə dövlət proqramı hazırlanaraq həyata keçirilir.

Sentyabrın əvvəlindən Bakı və Sumqayıtın orta məktəblərinin kompüterləşdirilmsi proqramı həyata keçirilir. Proqram çərçivəsində bu şəhərlərin 210 ümumtəhsil məktəbinin kompuüterləşdirilməsi nəzərdə tutulub. Proqram 3 il müddətində reallaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti