...

Rimas Kurtinaytisin "Qala"da qalmasının uzadılması məsələsi hələlik müzakirə olunmur

Cəmiyyət Materials 13 Dekabr 2005 15:08 (UTC +04:00)

"Biz hələlik Rimas Kurtinaytislə onun komandada qalmasının uzaldılması barədə danışmamaşıq". Bu barədə Trend ə "Qala" komandasının prezidenti Fərid Məmmədov litvalı basketbolçunun gələn ilin mayında Azərbaycanı tərk edə biləcəyi ilə bağlı dediklərinə cavab olaraq bildirib.

F.Məmmədov qeyd edib ki, Olimpiya çempionu respublikada basketbolune inkişafına öz töhvəsini verib ki, bu da açıq-aydın görünür. "Hələlik mən R.Kurtinaytisin sözlərini şərh edə bilmərəm, lakin tezliklə bu məsələ həll olunmalıdır", - deyə o, qeyd edib.

Eyni zamanda, litvalı özü "Qala" rəhbərliyinin onun üçün yaratdığı şəraitdən çox razı olsa da, daha bir mövsüm Bakıda qalacağını vəd edə bilməyəcəyini bildirib. "Mənim müqaviləm gələn ilin mayında başa çatır və hər halda mən onu uzatmayacağam. 4 il bir komandada qalmaq - bir qədər çoxdur. Mənə digər təkliflər də var ", -deyə o bəyan edib.

Xəbər lenti

Xəbər lenti