...

Bakıda Azərbaycan-YUNESKO işçi qrupunun iclası keçirilir

Cəmiyyət Materials 13 Dekabr 2005 16:28 (UTC +04:00)

Bakıda təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-YUNESKO işçi qrupunun iclası keçirilir. Bu barədə Trend ə Təhsil nazirliyindən məlumat verilib.

İclasda iştirak etmək üçün YUNESKO-nun Ali Təhsil və Planlaşdırma Departamentinin rəisi Mirəsgər Hüseynin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib. Heyətin tərkibinə, həmçinin, təşkilatın 4 eksperti də daxildir.

Təhsil nazirliyi tərəfindən hazırlanmış, ölkədə təhsil sisteminin inkişafı sahəsində əməkdaşlıq proqramı layihəsi ekspertlərin diqqətinə təqdim olunub.

Dekabrın 15-nə kimi davam edəcək iclasda əməkdaşlıq perspektivləri müzakirəyə çıxarılacaq. Bundan başqa nümayəndə heyəti Bakıda Milli Məclisin Elm və Təhsil Daimi Komissiyasının sədri, Təhsil nazirliyinin rəhbərliyi ilə görüşməyi planlaşdırır. Bu görüşlərdə müəllim kadrların hazırlığı, müəllimlərin ixtisasının artırılması və digər məsələlərə xüsusi diqqət yetiriləcək.

Xəbər lenti

Xəbər lenti