...

11 nəfər lisenziyalı hüquqşünasa vəkil statusu veriləcək

Cəmiyyət Materials 13 Dekabr 2005 16:45 (UTC +04:00)

Dekabrın ikinci yarısında Vəkillər kollegiyasının Rəyasət heyətinin növbəti toplantısı keçiriləcək. Toplantıda 11 nəfər lisenziyalı hüquqşünasın kollegiyaya üzvlük məsələsi müzakirə olunacaq. Bu haqda məlumat verən Vəkillər kollegiyasının sədr müavini Fərhad Nəcəfov bildirib ki, indiyədək 45 nəfər lisenziyalı hüquqşünasın sənədləri qəbul olunub. 32 nəfər lisenziyalı hüquqşünas vəkil statusu alıb.

Azərbaycanda cəmi 223 lisenziyalı hüquqşünas fəaliyyət göstərir. Respublikada vəkil çatışmazlığının qarşısını almaq üçün "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna edilmiş əlavə və dəyişikliklərdən sonra lisenziyalı hüquqşünasların Kollegiyaya üzvlüyü həll olunub. Hazırda Azərbaycanda 550-dən artıq vəkil fəaliyyət göstərir. Hazırda Kollegiyaya üzvlüklə bağlı sənəd qəbulu davam edir.

Xəbər lenti

Xəbər lenti