...

Azərbaycanın həndbol üzrə qadınlardan ibarət yığmasının baş məşqçisi istefaya göndərilib

Cəmiyyət Materials 13 Dekabr 2005 16:46 (UTC +04:00)

Milli həndbol federasiyasının rəhbərliyi qadınlardan ibarət həndbol yığmasının baş məşqçisi Valeri Pevnitski ilə müqaviləni ləğv etməyi qərara alıb. Təşkilatın mətbuat xidmətində Trend ə bildirilib ki, Federasiya Avropa çempionatının seçmə turu çərçivəsində komandanın qənaətbəxş olmayan nəticələrini nəzərə alaraq bu addımı atıb. "Seçmə oyunlarına hazırlıq zamanı milli federasyia belorusiyalı mütəxəssisə işləmək üçün hər bir şəraiti yaratmışdı. Amma başlıca vəzifə - pley-off-a düşmək üçün üç yerdən birini tutmaq- yerinə yetirilməyib. Buna görə də V.Pevnitski istefaya göndərilir" -deyə mətbuat xidmətində bildirilib.

Eyni zamanda yığma üçün yeni mütəxəssisin axtarışı gələn ilin əvvəlinədək təxirə salınıb. Qarşıda isə milli komandanı hər hansı turnir yarışları gözləmir.

Xəbər lenti

Xəbər lenti