...

"Borçalı" Assosiasiyası prezidentinin mühakiməsi yekunlaşmaq üzrədir

Cəmiyyət Materials 13 Dekabr 2005 18:04 (UTC +04:00)

"Borçalı" Assosiasiyasının prezidenti Novruz İsmayılovun mühakiməsi başa çatmaq üzrədir. Bu barədə Trend ə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi Sədrəddin Hacıyev məlumat verib.

Novruz İsmayılovla yanaşı "Borçalı" Kommersiya Bankı idarə heyətinin sədri Məzahir Əhmədov da əyləşib. İbtidai istintaq Vergilər Nazirliyi yanında vergi cinayətlərinin ibtidai araşdırması departamentinin istintaq şöbəsi tərəfindən aparılıb.

Novruz İsmayılovun həbsinə səbəb təsisçisi olduğu Asossasiyada Vergilər Nazirliyi tərəfindən yoxlamalar aparılarkən vergidən yayınma hallarının müəyyən edilməsi olub. Novruz İsmayılov istintaqa cəlb olunduqdan sonra ona qarşı digər ittihamlar da irəli sürülub. Bu ittihamlar etibardan və qulluq mövqeyindən sui-istifadə etmə, aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirməkdən ibarətdir.

Hakim bildirib ki, artıq məhkəmə istintaqı yekunlaşmaq üzrədir və hazırda iclas vəkillərin çıxışı ilə davam edir. Yaxın günlərdə dövlət ittihamçısı "Borçalıbank" Asossasiyasının sədrinə məhkəmədən cəza tələb edəcək.

Xəbər lenti

Xəbər lenti