...

Ombudsman Almaniyanın yuvenal hakimini qəbul edib

Cəmiyyət Materials 13 Dekabr 2005 19:20 (UTC +04:00)

Dekabrın 13-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova Almaniyanın yuvenal hakimi və yetkinlik yaşına çatmayanlarla iş sahəsində mütəxəssis Helmket Diyerki qəbul edib. Bu barədə Trend ə Ombudsman Aparatından məlumat verilib.

Ombudsman əhalinin müxtəlif təbəqələrinin hüquq və azadlıqlarının, o cümlədən hüquqlarının qorunmasının fəaliyyətində mühüm istiqamətlərdən biri olduğunu, fəaliyyətə başladığı ilk günlərdən uşaq hüquqları üzrə xüsusi məsləhətçi təyin etdiyini bildirib.

E.Süleymanova uşaq hüquqları ilə bütün cəmiyyətin məşğul olmasının, ictimaiyyətin bu işə cəlb edilməsinin zəruriliyini vurğulayıb. O, təkcə konvensiyalara qoşulmaq deyil, əsasən həmin konvensiyaların həyata keçirilməsinin və bunun üçün ilk növbədə mexanizmlərin işlənib hazırlanmasını, həmçinin bu sahədə maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini bildirib.

Ombudsman yuvenal ədliyyə sisteminin inkişafına dair öz təkliflərini irəli sürüb. Əsas məsələlər kimi, qanunvericiyilin təkmilləşməsi, məlumat bazasının yaradılması, cəmiyyət arasında sorğuların təşkil olunması, qiymətləndirmə və standartlar indikatorlarının müəyyən edilməsi, digər ölkələrin təcrübəsinin öyrənilməsi və digər təkliflər bu qəbildəndir.

H.Diyerk E.Süleymanovanın təkliflərini yüksək qiymətnədirib, insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlığın faydalı olacağına ümid bəslədiyini söyləyib.

Xəbər lenti

Xəbər lenti