...

Azərbaycan yığması Avro-2008 çempionatının püşkatma mərasimi ərəfəsində yüksək reytinqə malikdir

Cəmiyyət Materials 14 Dekabr 2005 11:10 (UTC +04:00)

Azərbaycan yığması Avropa-2008 çempionatının seçmə turnirinin püşkatma mərasimi ərəfəsində 7-ci səbətdə ikinci yerdədir.

Trend in xəbər verdiyi kimi, UEFA-nın təsdiqlədiyi reytinqdə Şain Diniyevin yetirmələri yalnız Lixtenşteyndən geri qalır. Andorra, Malta, Farer adaları, Qazaxıstan, Lüksemburq və San-Marino isə ən aşağı reytinqə malikdir.

Avro-2008 çempionatının reqlamentinə əsasən, Avstirya və İsveçrə ev sahibləri hüququnda seçmə turnirdə iştirakdan azad edilib. Yerdə qalan 50 komanda isə 7 qrupa bölünəcək. Onların 6-na 7, 1-nə isə 8 yığma düşəcək. Səbətlərin tərkibi Avropa-2004 və 2006-cı il dünya çempionatının seçmə turnirlərinin nəticələri əsasında müəyyən edilib. Avro-2008 çempionatının püşkatma mərasimi isə yanvarın 27-də Montrada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti