...

Əflatun Amaşov: Prezident "İnformasiya əldə etmək haqqında" Qanunun tətbiqinin təmin edilməsinə dair fərman imzalayıb

Cəmiyyət Materials 14 Dekabr 2005 12:51 (UTC +04:00)

Prezident İlham Əliyev "İnformasiya əldə etmək haqqında" qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb. Bu barədə Trend ə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Fərmanda Nazirlər Kabinetinə qüvvədə olan normativ aktların "İnformasiya əldə etmək haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təklifləri, bu qanunun pozulmasına görə məsuliyyət növlərinin müəyyənləşdirilməsinə dair qanunvericilik aktlarının layihələrini, sənədlərin saxlanılması, komplektləşdirilməsi və mühafizəsi ilə əlaqədar qaydaların hazırlanması və sair prosedurlar barədə layihələri bir ay müddətində prezidentə təqdim etmək tapşırılıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələ ilə bağlı münasibətini bildirərkən deyib ki, bu qanunun qəbulu Azərbaycanda söz və mətbuat azadlığı sahəsində müsbət addım hesab olunmalıdır. O qeyd edib ki, bu qanun Pribalitka təcrübəsinə əsaslanır. Onun sözlərinə görə, sənəddə informasiya əldə olunmasının əsas prinsipləri, təşkili və formaları, habelə məlumat əldə etmək üçün sorğunun verilməsi və onun müddəti ilə bağlı müddəalar müasir dövrün tələblərinə cavab verir.

"Qanunun 24-cü maddəsində göstərilir ki, sorğuya ən qısa müddətdə, informasiya öz operativliyini itirərsə, dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. Ümumiyyətlə, informasiya sorğusu 7 iş günündən gec olmayaraq icra edilməlidir", - deyə Ə.Amaşov bildirib.

Xəbər lenti

Xəbər lenti