...

Canmirzə Mirzəyevin apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 14 Dekabr 2005 15:24 (UTC +04:00)

Dekabrın 14-də Azərbaycan Respublikası Apellyaisya Məhkəməsində hakim Qəzənfər Kərimovun sədrliyi ilə Canmirzə Mirzəyevin apellyasiya şikayətinə dair məhkəməyə hazırlıq iclası keçirilib. Bu barədə Trend ə Canmirzə Mirzəyev məlumat verib.

C.Mirzəyev məhkumluğunun çəkilməmiş hissəsinin üzərindən götürülməsi ilə əlaqədar Xətai rayon məhkəməsinə ərizə ilə müraciət edib. Lakin hakim ərizəni təmin etməyib. Məhkəmənin qərarından narazı qalan C.Mirzəyev qərardan apellyasiya şikayəti verib.

Apellyasiya şikayəti ilə əlaqədar keçirilmiş hazırlıq iclasında hakim həm şikayətçi, həm də cavabdeh tərəfi məhkəmə heyəti ilə tanış edib. Qısa müşavirədən sonra isə məhkəmə baxışının dekabrın 23-nə təyin olunduğu elan edilib.

Xəbər lenti

Xəbər lenti